30 İyul 2015 22:12
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Namiq Hacıağayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Namiq Hacıağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayının 3-də Maştağa qəsəbəsində baş verib. Maştağa qəsəbəsi, Subtropik Sovxozu, 20 saylı evin qarşısında 1987-ci il təvəllüdlü Namiq Hacıağayevlə qaynı, 1992-ci il təvəllüdlü Natiq İsayev arasında mübahisə yaranıb. Mübahisə zamanı Namiq Hacıağayev Natiq İsayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif: