18 Aprel 2014 13:01
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İranla sərhəd ərazisində İran vətəndaşları saxlanılıb.

Teleqraf.com-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Şəfəqli kəndinin ərazisində İran vətəndaşları, əvvəllər məhkum olunmuş Adil Nazimi və Rza Səidi saxlanılıblar.

Onlardan 23 kiloqram 25 qram tiryək və 1 ədəd gecəgörmə cihazı götürülüb.


Müəllif: