Mingəçevir şəhər sakinin evində “Yəhova şahidləri” dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Mingəçevir şəhər Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Asif Bəkirova məxsus evdə “Yəhova şahidləri” dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.
Evə baxış zamanı 22 nəfər saxlanılmış və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb.
Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev polis şöbəsinə gətirilib, izahatları alındıqan sonra buraxılıblar.
Hacı Zeynalov