10 İyun 2014 12:12

Bakıda dənizdə iki nəfər boğulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Mayak” dəniz çimərliyində Bərdə rayon sakini İlham Hüseynov suda boğulub. Onun meyiti tapılması üçün tədbirlər davam etdirilir.
Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfər suda boğulub. Binə qəsəbə sakinləri Elmar Davudov suda boğulub, Ceyhun Əliyev suda batarkən xilasedicilər tərəfindən xilas olunub.

E.Davudovun meyitin tapılması üçün tədbirlər davam etdirilir.

Hacı Zeynalov


Müəllif:
Загрузка...