21 Aprel 2014 10:32

Qaradağ rayonunda intihar hadisəsi baş verib.

Qaradağ rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Sahil qəsəbəsindəki hərbi şəhərcikdə qeydə alınıb.

Hərbi şəhərcikdə yaşayan 37 yaşlı Laçın Hacəfov siçan dərmanı içərək özünü öldürüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: