Bakıda saxlanılan şəxsin üstündən yarım kiloya yaxın marixuana aşkar edilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və Post Patrul Xidməti Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Elşad Babayev saxlanlıb. Saxlanlan zaman onun üzərindən 420 qram marixuana götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.