1 Aprel 2016 19:50
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramin Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ramin Məmmədov Bakı şəhər sakininə qarşı quldurluq edərək onun 11 min manatdan çox pulunu alıb. Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Məmmədov saxlanılıb.

Ramin Məmmədov Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: