2 Aprel 2016 09:54
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Nailə Mirsəlimovaya zor tətbiq edərək içərisində 76 manat, 50 ABŞ dolları və sənəd olan çantasını alıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Əjdər Həsrətov tutulub. Ondan 2,053 qram tiryək götürülüb.

Hacı Zeynalov


Müəllif: