18 İyun 2014 11:43
458

Şəkidə yol qəza hadisəsi baş verib. Hadisə zamanı avtomobil, yolu keçmək istəyən piyadanı vurub və hadisə yerindən qaçıb.

Teleqraf.com Kanal S-ə istinadən bildirir ki, Hadisə Şəki- Qax yolunda Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə idarə olunan hələlik sahibi bəlli olmayan Opel markalı avtomobilin sürücüsü yolu keçmək istəyən kənd sakini 1985-ci il təvəllüdlü Xəlilov Rüstəm Rəcəb oğlunu vurub və hadisə yerindən uzaqlaşıb.

Zərərçəkən şəxs hadisə yerinə gələn təcili tibbi yardım vasitəsiylə dərhal rayon mərkəzi xəstəxanasına yeləşdirilib.


Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbi və kim tərəfindən törədilməsi isə aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Müəllif: