23 May 2016 15:56
298

Gəncədə qənnadı fabrikində yanğın baş verib.

Kəpəz TV xəbər verir ki, "Gəncə Qənnadı" ASC-də yanğın baş verib. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının qarşısının alınması üzrə işlər davam etdirilir.

İlkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb.

Xatırladaq ki, iki gün bundan öncə də "Gəncə Qənnadı" ASC-nin inzibati binasında mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.


Müəllif: