24 May 2016 16:17
278

Kürdəmir rayonunda da oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon polis şöbəsi və rayon Mühafizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon sakini Adil Qasımova məxsus “VAZ-2107” markalı avtomobildən 115 manat pul və sənəd oğurlamış həmyerlisi Məhəmməd Məmmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 16-da rayon sakini Ə.Hüseynovaya məxsus evdən mobil telefon oğurlaması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: