27 May 2016 12:07
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Pirallahı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Cabbarova məxsus evə baxış zamanı 2 kiloqram 480 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, İmişli rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Elşad Qənbərovdan 2 kiloqram 730 qram marixuana aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: