İyununun 14-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Həbib İsmayılovun 110 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.
Həbib İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvanda anadan olub. Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib. 1931-1943-cü illərdə Bakı, Gəncə, Mahaçqala teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib.
1943-cü ildən kinoda fəaliyyət göstərib. Rejissorun Azərbaycan kinosuna ən böyük xidmətlərindən biri 1958-ci ildə çəkdiyi “Ögey ana”, digəri 1962-ci ildə çəkdiyi “Böyük dayaq” filmləridir.
Tammetraflı filmlərlə yanaşı sənədli kino sahəsinə də töhfələr verən rejissor 31 dekabr 1966-cı ildə vəfat edib.
Nərmin