11 İyun 2016 12:11
2 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşid Behbudov adına Mahnı teatrının önünə mərhum xalq artistinin heykəli qoyulub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar yayılıb.

Qeyd edək ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlayıb.

Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev və s. kimi populyar sənət ustaları çalışıb.

Onu da xatırladaq ki, Mahnı teatrının binası vaxtilə sinaqoq olub.

Fotoları təqdim edirik:

P.S. Fotolar Rüstəm İsmayılov və Ruslan Rəhimova aiddir.

Bəkir


Müəllif:

Oxşar xəbərlər