16 İyun 2016 14:37
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşa orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanır.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi əməkdar artist Nicat Kazımovdur.

Yeni tamaşada obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov çıxış edəcək.

Teatrdan bildirilib ki, ilk dəfə dramatik janrda hazırlanacaq yeni səhnə əsərinin premyerasının – 89-cu teatr mövsümünün əvvəllərində təqdim olunması nəzərdə tutulur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər