30 İyun 2016 17:11
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova Türkiyəyə istirahətə hazırlaşır.

Aktrisa Teleqraf.com-a açıqlamasında xüsusi istirahət planı qurmadığını söyləyib: “İldə bir dəfə müayinə üçün Türkiyəyə gedirəm. Bu, həm də mənim üçün istirahət olur. Həmişə deyirəm ki, evdə olum, amma təki can sağlığım olsun. Çünki əsas sağlamlıqdır, ruhun dincəlməyidir. Azərbaycanın çox gözəl təbiəti, görməli yerləri var. İmkan olsa Azərbaycanı gəzərəm”.

Gələn ay yola başa çatası teatr mövsümündə yeni rolunun olmadığını deyən Firəngiz Mütəllimova ümidlidir: “Bu mövsüm teatrda yeni tamaşada çıxış etmədim. Rəhbərlik dəyişdi, repertuarda bir balaca dəyişiklik oldu, iki yeni tamaşa hazırlandı. Onlardan biri “Ölülər” artıq təqdim olundu, “Müfəttiş”in də premyerası yaxın günlərdə baş tutacaq.

Mən teatrda “Qarabağnamə” və “Qanlı Nigar” tamaşasında oynayırdım. “Qanlı Nigar” uzun zamandır ki, repertuardan çıxarılıb. Onunla yanaşı beş il ərzində bir çox yaxşı tamaşalarımız repertuardan çıxdı. Teatra ən çox pul gətirən “Varlı qadın” və hər dəfə anşlaqla keçən “Mesenat” tamaşasının adını çəkə bilərəm.

İndi yalnız “Qarabağnamə” tamaşasında çıxış edirəm. Bu il də onu həddindən artıq çox oynadıq. Nə yaxşı ki, mən o tamaşada varam. Yeni mövsümdə yeni tamaşalarda olacam”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər