Teleqraf.com xarici mətbuata istinadən Hollivudun ən yaxşılarının siyahısını təqdim edir. Təbii ki, ölçü vahidi “Oskar” olmaq şərtilə. Çünki Hollivudda ən ali, prestijli mükafat məhz “Oskar”dır.
Ən çox “Oskar”a nominantlar
2012-ci ildə “Dəmir Ledi” və 1983-cü ildə ən yaxşı aktrisa nominasiyasında Oskar alan Meril Strip 12 dəfə bu mükafata nominant olub. Aktrisa “ən yaxşı köməkçi aktrisa” nominasiyasında 4 dəfə namizəd “Oskar”a namizəd olsa da yalnız bir dəfə şans onun üzünə gülüb.
Cek Nikolson da iki dəfə “Oskar” mükafatının qalibi, yeddi dəfə isə nominant olub. O da həmkarı Meril Strip kimi bir dəfə “ən yaxşı köməkçi aktyor” nominasiyasında “Oskar” qalibi, dörd dəfə isə nominant olub.
Ən çox “Oskar” alanlar
Bu mükafatı ən çox əlinə alan aktrisa isə heç şübhəsiz Ketrin Höpberndir. Dörd dəfə Oskara layiq görülən aktrisanın “Oskar”da debütu 1934-cü ildə baş vermişdi. Qəribəsi odur ki, aktrisa 4 dəfə mükafatı qazansa da yalnız bir dəfə 1969-cu ildə keçirilən mərasimə qatılıb, “Oskar” heykəlciyini əlinə alıb. Digər üç mükafatı onun əvəzinə yardımçısı qəbul edib.
Aktyorlar arasında isə Ketrin kimi nəticə göstərən biri yoxdur. Fredrik Mark, Spenser Treysi, Marlon Brando, Cek Nikolson, Tom Henks və Dastin Hoffman bu mükafata iki dəfə sahib olublar.
Ən çox “Oskar” alan film
Ən çox “Oskar” mükafatı alan film hansıdır sualına cavabda hamı “Titanik” filminin adını çəkəcək. Amma elə deyil. Beləki, “Titanik”lə bir sırada “Üzüklər hökmdarı. Kralın qayıdışı” və “Ben Hur” filmləri yer alır. Bu filmlər hər biri 11 “Oskar” heykəlciyi qazanıb.
Ən çox ekranlaşan yazıçı
Əsərləri kinoya ekranlaşdırılan yazıçı isə bütün dünya oxucularının sevimlisi Uilyam Şekspirdir. Statistikadan da göründüyü qədər o təkcə oxucuların deyil, kinematoqrafçıların da diqqət mərkəzində olan yazıçıdır. Şekspirdən sonra siyahı Anton Çexov, Çarlz Dikens və Edqar Allen Poellə davam edir.
Pərvin