Tanınmış aktrisa Sibel Kekilli həyatı haqqında maraqlı etiraflar edib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sibel Kekilli gənclik illərində yaşadıqlarından danışıb. O, gəncliyində “Backstreet Boys” pop qrupunun üzvü Karter Nikə aşiq olduğunu etiraf edib: “Bu gün onu düşünəndə gülürəm. Amma o zaman "Məni niyə heç kim başa düşmür?" deyərək kədərlənirdim. Öz-özümə “Nik məni görən kimi aşiq olacaq” deyirdim. Bir gün amerikalı ilə evlənib gedəcəyimi ailəmə necə deyəcəm deyə xəyal qururdum”.
“Eşq acısı çəkməyə dəyməz” deyən 36 yaşlı aktrisa yaşadıqlarından peşman olmadığını bildirib: “Həyatın dadını çıxarmaq lazımdır. Yaşadığım təcrübələrdən peşman deyiləm”.
Aylin