17 Avqust 2016 16:26
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayev Azərbaycanı “Başqa məkan” V Beynəlxalq Aktual Musiqi Festivalında təmsil edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bəstəkarın festivalda “1791” serenadası səslənəcək.

Festival noyabrın 2-dən 6-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında keçiriləcək. Fərəc Qarayevin çıxışı isə noyabrın 5-də olacaq.

“1791” serenadası Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - xalq artisti Rauf Abdullayev) ifasında təqdim ediləcək.

Bəstəkarın 1983-cü ildə yazdığı əsər ondan bir il əvvəl simfonik orkestr üçün bəstələdiyi “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadasının variantıdır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər