19 Avqust 2016 16:53
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 avqust saat 19:00-da ölkənin yeganə müstəqil underground teatrı olan ADO 4-cü mövsümünün ilk premyerasını təqdim edəcək.

Bu barədə Teleqraf.com-a teatrdan məlumat veriblər.

Teatrın yaydığı məlumatda deyilir ki, uzun sürən zamandan sonra yeni tamaşanın premyerası olacaq: “Bu tamaşa Azərbaycan mədəniyyətinə yenilik gətirəcək bir forma və üslubla hazırlanıb. Tamaşa eyni zamanda cəmiyyətin dəyişməsində, bütləşmiş, lazımsız tabuların qırılmasında özünəməxsus rol oynayacaq”.

Məlumatda bildirilir ki, GOTT tamaşasının ikinci adı “Cənnətin işğalı”dır. Tamaşanın müəllifi və rejissoru isə teatrın təsisçisi və rəhbəri Elmin Bədəlovdur. Geyim və dekorları teatrın rəssamı Leyla Quliyeva tərtib edib. Tamaşadakı rolları isə Ceyhun Zabitli, Orxan İsgəndərli, Qadir Əsədov, Elza Furtado, Kamal Aken və Sahib Kərimli canlandıracaq.

Teatrın STOP və “Ağ-Qara” tamaşalarının da müəllifi E.Bədəlovdur. GOTT tamaşası E.Bədəlovun quruluş verdiyi üçüncü tamaşadır.

ADO cəmiyyət tərəfindən birmənalı qarşılanmayan və hər zaman polemikalara yol açan teatr olub. Teatr ölkə daxilində olmaqla bərabər xarici səfərlərdə - Fransa, İran və Gürcüstanda qastrollarda olub, maraqla qarşılanıb. GOTT tamaşasının premyerası isə 26 avqust saat 19:00-da ADO teatrında nümayiş olunacaq.

Teatrın ünvanı: Bəşir Səfəroğlu 155 (Nəsimi, Bakı – AZ1009)

Rəsmi səhifəsi: fb.com/adotheatre

Tel: (+994 50) 394 48 64 və (+994 70) 219 83 33

E-mail: [email protected]


Müəllif:

Oxşar xəbərlər