2 Sentyabr 2016 15:53
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölülər XXI əsr” filminin kadrarxası görüntüləri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, “Planet Parni iz Baku Films”in istehsalı olan filmin çəkilişləri ötən il yay aylarında aparılıb.


Azərbaycanın görkəmli dramaturqu Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunan film məşhur “Ölülər” əsərinin müasir versiyasıdır.

4-5 ilə yazılan ssenarinin müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Müsəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Quruluşçu rejissor Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkar Faiq Sücəddinovdur.

Filmdə Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova, Elnar Qarayev çəkilib.

İstehsalçılar iddia edirlər ki, filmdə Bəhram Bağırzadə, Cabir İmanov və Dilarə Əliyevanı tamaşaçılar fərqli obrazlarda görəcəklər. Filmin sonluğu bir qədər fərqli olacaq. Şeyx Nəsrullah aradan çıxa bilməyəcək.

Film sentyabr ayının 22-dən kinoteatrlarda nümayiş olunacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər