4 Sentyabr 2016 19:00
273

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 15-də keçiriləcək II Şəki beynəlxalq teatr festivalında “Ölülər” tamaşasını göstərəcək.

Teleqraf.com xəbər verir ki, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşada SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.

Baş rolları Xalq Artisti Nurəddin Mehdixanlı və aktyor Anar Heybətov ifa edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.


Müəllif:
Загрузка...