Əməkdar artist Hüsniyyə Mürvətova yeni fotosessiya çəkdirib.
Teleqraf.com xəbər verir ki, aktrisa bu dəfə oğlunun kamerası önünə keçib.
Aktrisanın sözlərinə görə, ilk dəfədir oğlu onun fotoqrafı şəkillərini çəkir: “Deyim ki, “Yayın son günləri” adlı yeni fotosessiyam oğlum Orxanın ilk işidir.
Neçə vaxtdır məndən yeni fotosessiya istəyirdilər. Gördüm, yay bitir, istədim sevənlərimə yeni fotolarımı təqdim edim. Bu dəfə şəkillərimi fotoqraf yox, 15 yaşlı oğlum Orxan Əhmədov çəkdi. Məkan olaraq isə doğma Sumqayıtımı seçdim.
Bu, oğlumun ilk işidir. Foto çəkmək ona maraqlı gəlir və bu işə hobbi kimi baxır. Bir neçə şəkli sosial şəbəkədə yerləşdirəndən sonra xoş fikirlər eşitdim. Düşünürəm ki, maraqlı alınıb”.
Nərmin