Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin beynəlxalq premyerası olub.
“Azərbaycanfilm”dən Teleqraf.com-a verilən məlumata görə, filmin nümayişi 12-ci Eurasia International Film Festival-ın əsas müsabiqə proqramında keçirilib.
Qazaxıstanda keçirilən festival çərçivəsində filmimiz üç dəfə nümayiş etdirilib.
Festivalda Azərbaycanı filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Salimli təmsil edib.
Hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz.
Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda mübarizəyə çevrilir.
Nərmin