11 Oktyabr 2016 14:52
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sənədli filmləri 27-ci “Rossiya” açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, festival 11-15 oktyabr tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
Fsestivalda nümayiş olunacaq filmlər arasında Xamis Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işiğı və ya qəribə heykəltaraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) yer alır.

Proqram Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov tərəfindən təqdim olunub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər