Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gürcü dramaturqu A.Saqarelinin “Xanuma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, oktyabrın 21-də nümayiş ediləcək ikihissəli musiqili səhnə əsərinə Əməkdar İncəsənət Xadimi Mikayıl Mikayılov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Xalq Artisti Tofiq Quliyevdir.
Səhnə əsərində rolları Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Hacı İsmayılov, Zemfira Nərimanova, Cəfər Namiq Kamal, Əməkdar artistlər Mətanət Atakişiyeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları ifa edəcək.
Tamaşada hadisələr XIX əsrdə Tbilisidə cərəyan edir.