22 Oktyabr 2016 23:40
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan paytaxtındakı Amirani kinoteatrında “Əli və Nino” filminin premyerası olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, filmin təqdimat mərasimində Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Giorqadze və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxış ediblər.

Tədbirdə Tiflis Şəhər Meri David Narimania, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfirlik əməkdaşları, SOCAR-ın rəsmiləri və Gürcüstanın incəsənət adamları, universitet müəllimləri, tələbələr və şəhər sakinləri olan gürcü və azərbaycanlılar iştirak edib.

Filmin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlama verən Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Giorqadze Azərbaycan yazıçısı Qurban Səidin qələmə aldığı “Əli və Nino” məhəbbət romanı əsasında çəkilən eyniadlı filmin Tiflisdə ilk dəfədir nümayiş olunduğunu bildirib: “Bu film haqqında biz çox eşitmişdik. “Əli və Nino” ilk dəfədir ki, Tiflisdə nümayiş olunub. Əsərin gürcü dilində səsləndirilməsi isə bizim üçün ikiqat sevincdir. Bu film Gürcüstan və Azərbaycan xalqının tarixi dostluğunu tərənnüm edən bir tarixi filmdir. Düşünürəm ki, filmin yaradıcıları bir daha gürcü və Azərbaycan xalqının qədim dost və qardaş bir xalq olduğunu təsdiq edir”, - deyə nazir bildirib.

Sonra Amirani kinoteatrında filmin nümayişi olub.

Xatırladaq ki, “Əli və Nino” azərbaycanlı gəncin və gürcü qızının sevgisindən bəhs edir.
Filmin rejissoru Asif Kapadiadır, prodüseri isə Leyla Əliyevadır. Filmdə baş rollarda Əli obrazını Adam Bakri, Nino obrazını isə ispan artisti Mariya Valverde oynayır. Filmin ssenarisi britaniyalı yazıçı, ssenarist və kinorejissor, həmçinin “Oskar” mükafatı sahibi Kristofer Xempton tərəfindən qələmə alınıb.


Müəllif:

Oxşar xəbərlər