2016-cı ilin “Ədəbiyyat üzrə Nobel Mükafatı”nı qazanan Bob Dilan uzun sürən susqunluğun ardından internet saytında titullarına “Nobel mükafatçısı” ifadəsini də əlavə etmiş, sonra bu əlavəni silərək insanların beynində onun mükafatı qəbul edib etməyəcəyi barədə suallar yaratmışdı. Nobel komitəsinin zənglərinə cavab verməyən Dilan nəhayət ki, təşkilatçıları özündən çıxarıb.
A24.az “Guardian”a istinadən xəbər verir ki, komitə üzvü İsveçli yazıçı Per Vestberq dövlət televiziyası SVT-yə verdiyi müsahibədə Bob Dilanın Nobel komitəsinə etinasız yanaşmasını “Kobud və təkəbbürlü bir hərəkət” kimi şərh edib
Vestberq yaşananların xaotik bir vəziyyət olduğunu ifadə edərək komitə Dilanın mükafatı qəbul edib etməyəcəyi mövzusunda bir məlumata sahib olmadığını bildirib.