25 Oktyabr 2016 11:27
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlqar Safatın “İçəri şəhər” tammetrajlı bədii filmi 47-ci Hindistan Beynəlxalq Film Festivalına dəvət alıb.

Bu haqda Teleqraf.com-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Festival 20-28 noyabr tarixlərində Qoada keçiriləcək.

Ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova canlandırırlar.

Nərmin


Müəllif:

Oxşar xəbərlər