Bu il Antalya Film Festivalına geyimi ilə damğa vuran azərbaycanlı aktrisa Nəsrin Cavadzadə türk mediasının diqqət mərkəzindədir.
Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa TV8 kanalına müsahibəsində haqqında çox danışılan geyimlərindən və şəxsi həyatından söz açıb. Özünü diva adlandıran aktrisa saç və makiyajda təbiilikdən yana olduğunu deyib: “Fikir versəniz, bütün dünyada aktrisalar, məşhur insanlar festivalların özəl günlərinə xüsusən də qırmızı xalça üçün ayrıca hazırlaşırlar. Necə geyim istədiyimi deyirəm, onlar da sağ olsunlar, hazırlayırlar. Amma saç düzümümü və makiyajımı özüm edirəm. Onu da deməliyəm ki, Antalya Film Festivalının açılışında geyindiyim don divalığı sübut edən bir don idi. Mən bir divayam və bunun kefini çəkirəm”.
“Niyə ailə qurmağı düşünmürsünüz?” sualına isə aktrisa özünəməxsus şəkildə cavab verib: “Divaları xoşbəxt etmək çox çətindir. Diva olduğum üçün də məni məmnun, xoşbəxt etmək asan deyil. Anam deyir ki, evində dörd pişiyin ola-ola ailə qurmağın mümkün deyil. Çünki evdə yer yoxdur”.
Pərvin