3 Noyabr 2016 11:38
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orxan Pamuk “Yasnaya Polyana” mükafatına layiq görülüb. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Kafamda bir tuhaflık” romanına görə verilib.

“Yasnaya Polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Nominasiyada həm xarici müəlliflər, həm də ruscaya tərcümə olunmuş kitablar mükafatlandırılır. Xarici müəllif 1 milyon rubl, rusca tərcümə olunmuş kitab isə 200 min rubl əldə edir.

Xatırladaq ki, Orxan Pamukun mükafat aldığı “Kafamda bir tuhaflık” romanı 2015-ci ildə çap olunub.


Müəllif:

Oxşar xəbərlər