28 Noyabr 2016 11:26
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinorejissor Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" filmi beynəlxalq festivalda “Ən yaxşı qısametrajlı” sənədli film nominasiyasında qalib olub.

Teleqraf.com xəbər verir ki, bu barədə müəllif sosial şəbəkədə yazıb:

“Noyabr ayının 9-dan 12-ə kimi Amerikanın Viskonsin ştatında “Weyauwega” Beynəlxalq Film Festivalı keçirildi. Bu, müəllif filmləri festivalı idi. Çox maraqlı, sərbəst, yaradıcı bir mühit vardı. Bu festivalda vaxtı ilə 2014-cü il Oskar almış "The Lady in Number 6", 2015-ci ildə Oskar nominantı olan "Everything will be OK" və sairə filmlər iştirak ediblər.

18 ölkədən 50 film seçilmişdi, bəndənizin "Kənddə sonuncu yəhudi" ("The last Jew in the village") filmi də onların içərisində idi. Bizim film- “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında birinci yerə layiq görüldü. Bu münasibətlə bu işdə əziyyəti olan və olmayan bütün dostlara minnətdarlığımı bildirirəm.

Filmin ssenari müəlliflərindən biri Vaqif Azəryar, operatoru Yuri Varnovski, montaj rejissoru Vüsal Nazimoğlu, səs rejissoru Pərviz (Mete), prodüserlərdən biri amerikalı prodüser Oleq Harencar. Bu iş uzun müddətə və çətinliklərlə çəkilsə də, Tanrı əvəzin verir”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər