25 Yanvar 2017 10:04
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Opera və Balet Teatrında fevralın 4-də C.Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.

Bu barədə Teleqraf.com teatrın mətbuat xidmətindən məlumat verilib.

Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Afaq Abbasova (Mimi), İnarə Babayeva (Müzetta), xalq artisti Əli Əsgərov (Alsindor), solistlərdən Tural Ağasıyev (Şonar), Tələt Hüseynov (Kollen) çıxış edəcəklər.

Məlumata görə, teatr rəhbərliyi tamaşada iki əsas partiyanı ifa etmək üçün Belarus və Özbəkistan teatrlarının solistlərini Bakıya dəvət edib. Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromov səhnə əsərində Marsel partiyasını ifa edəcək. Özbəkistanın xalq artisti, Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti Ramiz Usmanov ilk dəfə Bakıya dəvət olunub. R.Usmanov “Boqema” operasında Rudolf partiyasını səsləndirəcək.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.


Müəllif:

Oxşar xəbərlər