Azərbaycan Milli İncəsənət Muzeyində bədii şüşə üzərində nəqqaşlıq və rəngkarlıq üzrə ustad dərsləri təşkil olunub.
Teleqraf.com xəbər verir ki, uşaqları rəssamlıq mühitində birləşdirən dərslərdə nağıl mütaliəsi və yumşaq qar “adamlarının” hazırlanması kimi mövzulardan danışılıb.
Ustad dərsləri çərçivəsində yeniyetmə qızlar moda dizaynı üzrə ustad dərsində modelləşdirmə prosesinə böyük həvəs göstərməklə yanaşı, xüsusi hazırlanmış viktorinanın suallarını cavablandırıblar. Ustad dərsləri tanınmış rəssamlar, dizaynerlər və muzeyin təcrübəli əməkdaşları tərəfindən aparılıb.