Tanınmış rejissor Cavid Təvəkkül çəkmək istədiyi filmə maliyyə tapa bilmir. Teleqraf.com xəbər verir ki, rejissor bu barədə sosial şəbəkədə yazıb.
O bildirib ki, çəkəcəyi film üçün 30 min manat lazımdır: “Beş ildir bir ideyanı başımda gəzdirirəm. Çəkmək istəyirəm, amma alınmır. Film istehsalı ilə məşğul olan mötəbər şirkərlərdən biri bu ssenarinin çəkilməsi üçün lazım olan bütün texnikanı təmənnasız olaraq verir. Mənə qalır yaradıcı, texniki heyətin pulunu vermək və digər xərcləri ödəmək. Bunun üçün isə 30 min manat lazımdır. Post-prodakşn işlərini də bir alman şirkəti öz üzərinə götürür. Bu 30 min manat nə mənədir ki, bu boyda məmləkətdə bunu tapa bilmirik. Getmədiyim yer qalmadı, döymədiyim qapı qalmadı. Müəllif filminə heç kim pul vermək istəmir. İki il əvvəl Küveytdən və BƏƏ-dən bu ssenarinin çəkilməsinə görə qrant ala bilərdim, verirdilər də, amma istəmədim”.
Pərvin