Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, "Şöhrət" ordenli görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunub.
Teleqraf.com-un məlumatına görə, görkəmli kinorejissor R.Ocaqov adına təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi (Xalq artisti,professor Eldar Quliyevin emalatxanası) Mafər Fuad oğlu Həsənov layiq görülüb.