20 Mart 2017 23:12
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESCO-nun (YUNESKO) baş direktorluğuna namizədliyi irəli sürülən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 8 rəqibi var. Qurumun İcra Şurasının sədri bu vəzifəyə 9 namizədin adlarını elan edib.

Teleqraf.com "Azadliq" radiosuna istinadən xəbər verir ki, Polad Bülbüloğlu ilə yanaşı, namizədlər arasında Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələrinin də adları var.

BMT-nin mətbuat xidmətinin məlumatında qeyd eilir ki, YUNESKO baş direktoru İcra Şurasının tövsiyəsi ilə Baş Konfransda təyin ediləcək.

9 namizəd İcra Şurasının 2017-ci il aprelin 26-dan 27-nə kimi keçiriləcək 201-ci sessiyasında söhbət mərhələsindən keçəcəklər.

Daha sonra oktyabrda Şuranın 202-ci sessiyasında gizli səsvermə olacaq. Yekun qərar 2017-ci ilin noyabrında YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.

Müğənni və bəstəkar, hazırda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyini bir həftə əvvəl Azərbaycan hökuməti irəli sürüb.

Xarici İşlər Nazirliyinin bununla bağlı məlumatında deyilirdi ki, P. Bülbüloğlunun bu vəzifəyə seçilməsi UNESCO-nun məqsəd və məramlarının təşviqinə töhfə verə bilər.

UNESCO-nun baş direktorunun səlahiyyətləri bu il başa çatır.


Müəllif:

Oxşar xəbərlər