Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “İtkin düşən prezident” adlı roman 2018-ci il iyununda işıq üzü görəcək. Məlumata görə, əsərin süjeti tamamilə təxəyyülün məhsuludur. Hələlik baş qəhrəmanın Bill Klintonun özünün, yaxud Donald Trampla mübarizədə məğlub olan xanımı Hillarinin olduğu məlum deyil.
Bill Klinton Ceyms Pattersonla birlikdə çalışmaqdan həzz aldığını və amerikalı yazıçının pərəstişkarı olduğunu qeyd edib. Cemys Patterson öz növbəsində Klintonun həmmüəllifliyi ilə qələmə aldığı trilleri karyerasının yüksəlişi adlandırıb. Onun sözlərinə görə, Klintonun Ağ Evlə bağlı xatirələri oxucular üçün maraqlı tarix olacaq.
Bu arada Klintonun xanımı Hillari da siyasi esse üzərində işləyir. O, son prezident seçkilərinin nəticələri və kampaniyaya həsr olunmuş yazılarını, o cümlədən ayrı-ayrı dövrlərdə yazdığı esseləri bir kitabda cəmləməyi düşünür. Toplunun adı bəlli olmasa da, esselər 26-da “Simon ənd Skuter” nəşriyyatında işıq üzü görəcək.
Nərgiz