Aprelin 23-dən etibarən M.Ə. Sabir şeirlərinin dördüncü bədii qiraət müsabiqəsinə start verilib. Müsabiqə AVCİYA-nın prezidenti, Şamaxıdan millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Söz Azadlığını Müdafiqə Fondu ilə Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası birgə təşkilatçılığı ilə həyata keçirilib.
İki mərhələdə keçiriləcək müsabiqəyə may ayının ikinci yarısında yekun vurulacaq. Birinci mərhələdə rayonun bütün tədris müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, habelə Şamaxı Humanitar Kollecində keçiriləcəkdir. Təşkilatçıların verdiyi məlumata görə müsabiqəni keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliginə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.
Müsabiqənin qalibləri Elxan Süleymanovun təsis etdiyi təqaüd və Fəxri fərmanlar veriləcəkdir.
Yekun mərhələdə qalibləri tanınmış bədii qiraət ustaları qatıldığı münsiflər heyəti seçəcəkdir.
Xatırladaq ki, qaliblərə Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təsis etdiyi təqaüd və Fəxri fərmanlar veriləcəkdir.