Telekanal rəsmisi Teleqraf.com-a verdiyi açıqlamada bunları söyləyib: “Son günlər, ARB TV-də bağlanacaq və ya yeni açılacaq layihələrlə, həmçinin tanınmış simaların kanala cəlb olunması ilə bağlı mediada xəbərlər yayılır.
Yeni mövsümə əvvəlkindən daha iddialı formada hazırlaşırıq. Yeni və iddialı layihələrimiz, uğurlu transferlərimiz olacaq. Yay ayları telekanallara transfer mövsümüdür. Bundan niyə də yararlanmayaq?!
Yeni layihələr üzərində heyətimizin hazırlıqları davam edir. Onu deyə bilərəm ki, ARB TV 2017-2018 televiziya mövsümündə maraqlı və yeni layihələrlə öz fərqini ortaya qoyacaq”.
Qeyd edək ki, dünən “Speys” TV-nin məşhur aparıcısı Günel Həsənzadənin illərdir çalışdığı telekanaldan ayrılaraq, ARB kanalına üz tutduğu bildirilib.
Rövşanə Bektaşinin də ARB-də çalışacağı gözlənilir.