Yaxında öləcəyinizi bilsəydiniz:
- …nə düşünərdiniz?
- Düşünərdim ki, mən niyə gəlmişdim bu həyata? Neyləyə bildim? Nə qoydum getdim?.. Əslində vallah, öləcəyimi bilməsəm də, tez-tez bu sualı özümə verirəm ki, ümumiyyətlə, mən kiməm? Nə işlə məşğulam? Nəyə gəlmişəm?..
- … hansı yeməkdən yeyib hansı içkini içərdiniz?
- Xəngəl yeyərdim, üstündən də tərxun kompotu içərdim. Öz də kompot sərin olsun, bum-buz… Dünyanın işini bilmək olmaz. Bəlkə elə o tərəfdə yandım?!.
- …son kəs kiminlə görüşmək istəyərdiniz?
- Öz yaxınlarımla görüşərdim.
- son dəfə serialınızda rolunuzu necə oynayardınız?
- Son dəfə rolumu oynayanda ağlayardım…
- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?
- Ən dəyərli əşyam yoxdur, amma olsa, ən dəyərli adamlara verərəm.
- …son dəqiqələrinizi necə keçirtmək istəyərdiniz?
- Ancaq namaz qılardım…
- …o biri dünyada kimi görmək istəyərdiniz?
- Allahı və onun mələklərini, peyğəmbəri və Həzrəti Əlini görmək istəyərdim…
- …kimi özünüzlə aparmaq istəyərdiniz?
- Heç kimi, məncə…
- …son 3 kəlməniz nə olardı?
- Lə iləhə illəllah…
- …son yalanı kimə danışardınız?
- Yalan danışmazdım… Əksinə indiyə kimi danışdığım yalanları bir-bir etiraf edərdim.
- …son etirafınız nə olardı?
- Sadəcə olaraq, sevgimi etiraf edərdim. Yoldaşıma, övladlarıma, anama, qardaşıma…
- …Allahı görsəydiz nə istəyərdiniz?
- Ancaq rəhm istəyərdim. Düşünürəm ki, Allahın rəhmi biz düşündüyümüzdən də çoxdur. Allah bizi bağışlasın…