Həmin verilişləri hansısa baxımlı kanala çıxarsaydım, indi küçədə məni tanımayan qalmayacaqdı.
Bu sözləri İTV-də aparıcı olaraq çalışan Kamran Quliyev Teleqraf.com-a danışarkən deyib.
O, artıq şəxsi prodakşınının adından çalışacağını açıqlayıb:
“Artıq verilişlərim sahibi olduğum “KA Media” prodakşında hazırlanacaq. Burada şərt deyil ki, aparıcı kimi mən görünüm. Əsas odur veriliş baxılsın.
Əvvəl düşünürdüm ki, sentyabrda efirə çıxım. Amma daha keyfiyyətli layihə əldə etmək üçün proqramım bir az gec təqdim olunacaq”.