Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün 50 illik yubileyini qeyd edən aktrisa Mehriban Xanlarova sosial şəbəkədə yazıb. O öz doğum gününü belə təbrik edib:
“Geridə buraxdığımız acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir! Məni dünyaya gətirən anamın əllərindən öpürəm… Heç vaxt Allahdan özümə ömür arzulamamışam! Çünki bu, mümkün olan şey deyil! Allahdan arzum budur ki, nə qədər ömür verirsə, ləyaqətli versin! Ömrümə ləyaqətsizlik yazmasın! Allah xeyirli nədisə onu mənə qismət etsin!”