Tanınmış rəqqasə və aktrisa Oksana Rəsulovanın rəhbərlik etdiyi “Oksimedia Prodakşn” tərəfindən lentə alınan yeni “Lal yuxu” teleserialının ilk efir günü bilinib.
Teleqraf.com xəbər verir ki, “Lal yuxu” ilk kəs oktyabrın 8-də Xəzər TV-nin efirində yayımlanacaq.
Baş rolda rəqqasə özü və teleaparıcı Şəhriyar Əbilov çəkilir.
Oksana teleserialda Aylin obrazını canlandıracaq. Filmdə həmçinin müğənni Emil Bədəlov, Türkay Cəfərli, Mehriban Xanlarova və başqaları da çəkilir.
Filmin ssenari müəllifi Kəmalə Qasımova, ideya müəllifi isə Oksana özüdür.