Türkiyədə yaşayan hər kəsə görə təşviş içindəyəm. Bu, mənim özümə görə deyil. Ölkədə ifadə azadlğının meydanı daralır və hökumət getdikcə avtoritarlaşır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nobel mükafatçısı, yazıçı Orxan Pamuk ABŞ-da CNN kanalına müsahibəsində deyib.
Türkiyənin tədricən Avropadan uzaqlaşdığını bildirən Pamuk ölkədəki 49 faizin (AKP-yə səs verməyən əhali nəzərdə tutulur) unudulmaması zərurətini vurğulayıb.