Rejissor Kənan Mahmudov gələn ay nümayiş etməyə hazırlaşdığı yeni “Gecə qonağı-2” filminin treylerini təqdim edib.
Bu barədə Teleqraf.com-a açıqlama verən rejissor filmin komediya görmək istəyənlər üçün olmadığını deyib: “Sizə bir sirr açım. Film artıq hazırdır. Gördüyünüz bu səhnəni montaj edərkən, hər dəfə kompüterin düymələrini gözümdən axan yaşlar isladırdı. Göz yaşı insanın daxili dünyasının həqiqi zirvə nöqtəsindən xəbər verir. Əvvəl gərək özüm inanım ki, sonra da siz inanasınız. “Gecə qonağı-2” gülmək istəyənlərin filmi deyil. Filmdən bir cümlə yadıma düşdü: Mənim üçün ən bahalı daş-qaş sən oldun. Ən bahalınızın qədrini bilin! 2 oktyabr…”
Qeyd edək ki, “Gecə qonağı -2" filminin musiqi və görüntü rejissoru Türkiyədən gəlib. İdeya İlqar Fəhmiyə, ssenari və rejissor işi Kənan M.M-ə məxsusdur.
Baş rolda aktrisa Pərvin Abıyeva və rejissorun öz oğlu Hüseyn Mahmudov çəkilib.
Film oktyabrın 2-dən kinoteatrlara çıxacaq.