“Avroviziya 2011"-in qalibi Nigar Camal sosial şəbəkədə paylaşdığı videosu ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, müğənni çimərlik geyimində görüntüsünü paylaşaraq, dalınca danışan və haqqında mənfi fikirdə olanlara münasibət bildirib:
“Əslində insan ətrafa qarşı qulağını tutub, gözünü yumduğu zaman xoşbəxtdir. Kiminsə dediklərinə, düşündüklərinə fikir verməyəcəksən.
İnsan sadəcə gördüyü qədər və öz düşüncəsinə görə sizi mühakimə edəcək. Yaşayın, sevin və xoşbəxt olun. Həyat çox qısadır. Sadəcə yaşayarkən başqalarını incitməyin. Ən önəmlisi də budur. Bir də siz özünüz bilirsiniz, siz necə insansınız, başqaları nə düşünərsə, qələt edir”.