Tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın növbəti kitabı çap olunub.
“XX əsr – fəryadın metafizikası” adlı kitabda modernizm cərəyanı, onun dünya ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri çağdaş dünya humanitar fikri kontekstində araşdırılır, türkçülüyün tarixi, bu tarixin qurucuları və aparıcı hadisələri elmi araşdırmanın predmetinə çevrilir. Türk dilinin, ədəbiyyatının, o cümlədən tarixinin təşəkkülü və inkişafında rol oynamış şəxslərin yaradıcılığı nəzəri analizə cəlb olunur.
“XX əsr – fəryadın metafizikası” bütünlükdə XX əsrin estetik dalğası üzərindədir, onun tarixini, inkişaf meyillərini, çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək baxımından zəngin material verir.
Kitabın ön sözünün müəllifi və redaktoru tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadır.