28 Sentyabr 2017 20:58
3 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oynadığı filmlərdəki açıq-saçıq səhnələrlə yaddaşlarda qalan İtalyan aktrisa Monika Belluçi "Əgər keçmişə dönə bilsəm, yenə eyni filmlərdə oynayardım" deyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın San Sebastian şəhərində təşkil edilən 65-ci San Sebastian Beynəlxalq Film Festivalında İtalyan aktrisa Monika Belluçiyə "Karyera Mükafatı" (Donostiya) təqdim edilib. Gözəl aktrisa çıxışı zamanı etiraflar etməyi də unutmayıb.

Mətbuat konfransında mükafata görə çox həyəcanlı olduğunu ifadə edən İtalya kino sənətçisi "Əvvəlcə çalışdığım bütün rejissorlara təşəkkür edirəm. Bütün dünyanı gəzdim və fərqli mədəniyyətlər tanıdım. Rol aldığım filmlər mənim üçün böyük təcrübə oldu. Əgər keçmişə dönə bilsəm, yenə eyni filmlərdə oynayardım; çünki bu filmlərdə oynamağım mənə çox şey öyrətdi."

Məşhur aktrisanın cıxışının videorolikini təqdim edirik:


Müəllif: Natiq Həziquliyev

Oxşar xəbərlər