10 Noyabr 2017 18:25
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün vəfat edən məşhur rusiyalı yumor ustası Mixail Zadornovun son istəkləri yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Zadornov vəsiyətnaməsində 3 istək yer alıb:

“Onun ilk istəyi Riqada yerləşən Nikolay Zadornov adına kitabxananaya material yardımının edilməsi və buranın bağlanmasına icazə verilməməsidir. İkinci istəyi onun atasının yanında basdırılmasıdır.

Sonuncu istəyi isə ölümündən sonra cəsədinin yerüstü nəqliyyatla daşınmasıdır”.

Qeyd edək ki, aktyorun ölüm səbəbi beyin xərçəngi olub.


Müəllif: Samir